XƏBƏRLƏR / Kriminal

Arvadını öldürən kişi tutuldu

Bu barədə Abşeron Rayon Prokurorluğundan məlumat verilib

Arvadını öldürən kişi tutuldu
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Aprelin 28-də saat 21 radələrində Abşeron rayonu, Xırdalan şəhəri ərazisində 1976-cı il təvəllüdlü Sevinc Əhmədağayevanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Bu barədə Abşeron Rayon Prokurorluğundan məlumat verilib.

    Bildirilib ki, araşdırma zamanı 1974-cü il təvəllüdlü Laçın Əhmədağayevin yaşadıqları evdə arvadı Sevinc Əhmədağayevaya bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

    Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Laçın Əhmədağayev prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub.

    Hazırda ibtidai istintaq davam edir.