BLOQ

Arxanızı hamıya etibar etməyin!

Siyasətə girişmək istəyənlərə məsləhətlərim

Arxanızı hamıya etibar etməyin!
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • O gün siyasətə təzə qoşulmaq istəyən bir gənc "Elmlər"ə məndən məsləhət almağa gəlib.

    Deyir, sən yazıçı olsan da, görürəm ki, ölkəni yaxşı tanıyırsan. Siyasətdən də başın çıxır. Ona görə səndən məsləhət istədim. Necə eləyim?

    Çayxana səs-küy idi deyə başqa rahat bir yer təklif elədi.

    Maşınına oturduq.

    Maşını arxaya vermək istəyəndə ağacların arasından bir qoca kişi çıxıb buna dedi ki, ver, ver, ver...

    Bu da güzgüyə baxmadan maşını arxaya verəndə birdən lyuka düşdü.

    Dedim, qardaş, ilk məsləhətim budur ki, arxanı hər "ver, ver" deyənə etibar eləmə.