XƏBƏRLƏR / Müttəfiq

Asim Munir Pakistanın Ali Baş Komandanı olacaq

Feldmarşal iki gün öncə Baş nazir Şahbaz Şəriflə Bakıda Hərbi Paradı seyr edib

Asim Munir Pakistanın Ali Baş Komandanı olacaq
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Hindistanla yay toqquşmalarından sonra Feldmarşal rütbəsinə yüksələn Pakistan Ordusunun rəisi Asim Munir bütün Pakistan silahlı qüvvələrinin ali komandanı olacaq.

    Bütün səlahiyyətlər Feldmarşala verildi
    Pakistan mediasının məlumatına görə, Munirin səlahiyyətlərini genişləndirmək üçün konstitusiya dəyişiklikləri müzakirə üçün parlamentin yuxarı palatasına təqdim edilib.

    Dəyişikliklərin təqdim edildiyi 8 noyabrda Feldmarşal Munir Baş nazir Şahbaz Şəriflə birlikdə Bakıda keçirilən Qələbə Günü Paradında iştirak edib. Paraddakı açılış nitqində Şərif xüsusilə Munirin Hindistan üzərində qələbədəki rolunu yüksək qiymətləndirərək, onun komandanlığı altında Pakistan Hərbi Hava Qüvvələrinin düşmənin "yeddi müasir qırıcı təyyarəsini" cəmi bir neçə dəqiqə ərzində vurduğunu iddia edib.

    Pakistan Konstitusiyasına təklif olunan dəyişikliklər bu həftə parlamentdə səsverməyə çıxarılacaq.

    Nazirlər Kabinetinin təsdiqindən sonra şənbə günü Senata təqdim edilən qanun layihəsi Birgə Qərargah Rəisləri Komitəsinin (CJCSC) sədri vəzifəsinin ləğv edilməsini və onun yerinə yeni, daha güclü bir vəzifə - Müdafiə Qüvvələri Rəisi (CDF) vəzifəsinin verilməsini təklif edir.
    "Dawn" qəzetinin məlumatına görə, hazırkı Ordu Qərargah rəisi Asim Munir bu vəzifəni icra edəcək və eyni zamanda ordu, donanma və hava qüvvələrinin konstitusiyaya uyğun rəhbəri olacaq.

    Bu dəyişiklik general Asim Muniri Pakistan tarixinin ən güclü hərbi zabiti edəcək və onun bu yaxınlarda feldmarşal rütbəsinə yüksəlməsini rəsmiləşdirəcək.