XƏBƏRLƏR / Maliyyə

Asiya İnkişaf Bankı Naxçıvan dəmir yoluna pul ayıra bilər

Bunu bankın Azərbaycandakı nümayəndəliyinin rəhbəri Sunniya Durrani-Camal deyib

Asiya İnkişaf Bankı Naxçıvan dəmir yoluna pul ayıra bilər
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Asiya İnkişaf Bankı (ADB) Naxçıvanda layihələrin maliyyələşdirilməsinə hazırdır.

    Bunu ADB-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Sunniya Durrani-Camal deyib.

    O qeyd edib ki, Naxçıvan Azərbaycanın vacib bir hissəsidir: "Dəmir yolu əlaqəsinin inkişafı ilə bağlı (Naxçıvan dəmir yolu Zəngəzur dəhlizinin bir hissəsidir) bizə hələ ki müraciət edilməyib, lakin biz Naxçıvana investisiya yatırmağa çox maraq göstəririk. Hesab edirəm ki, bu, regionun iqtisadi inkişafı üçün vacibdir. Orada böyük potensial var və ümid edirəm ki, biz bunu ölkə proqramımız çərçivəsində müzakirə edə biləcəyik. Çünki bu layihəyə böyük maraq göstəririk".