ABŞ Prezidenti Co Baydenin oğlu Hanter Baydenə qarşı vergidən yayınma ilə bağlı doqquz bənd üzrə ittiham irəli sürülüb.
Bu barədə CNN xəbər yayıb.
Bu barədə Kaliforniya Mərkəzi Dairə Məhkəməsinə daxil olan ittihamnamədə deyilir.
ABŞ Prezidentinin oğlu 2016-2019-cu illərdə 1,4 milyon dollardan çox federal vergini ödəməkdən yayınmaqda, həmçinin, qeyri-dəqiq vergi bəyannamələri verməkdə ittiham olunur. Onu 17 ilə qədər həbs cəzası gözləyə bilər.
Hanter Bayden "vergi ödəmək əvəzinə bahalı həyat tərzinə" milyonlarla dollar xərcləməkdə ittiham olunur.
O bundan əvvəl odlu silah sahibi olmaqla bağlı üç cinayətdə ittiham olunub.