XƏBƏRLƏR / Maliyyə

AYİB Azərbaycanda cari portfelini yeniləyib

Məlumat Avropa Yenidənqurma və İnkişaf Bankından verilib

AYİB Azərbaycanda cari portfelini yeniləyib
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 31 avqust 2025-ci il tarixinə Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Azərbaycandakı cari kredit portfeli 954 milyon avro dəyərində qiymətləndirilir.

    AYİB-in məlumatına görə, portfelin 38%-i özəl sektordadır və hazırda 35 layihə aktivdir.

    31 iyul 2025-ci il tarixinə portfellə müqayisədə portfelin həcmi 1,75% və ya 17 milyon avro azalıb.

    AYİB-in məlumatına görə, cari portfelin böyük hissəsi – 89%-i (848 milyon avro) dayanıqlı infrastrukturun inkişafının maliyyələşdirilməsinə, 6%-i (57 milyon avro) maliyyə institutlarına, digər 5%-i (49 milyon avro) korporativ sektora aiddir.

    Ümumilikdə, AYİB Azərbaycana 200 layihə üzrə 3,673 milyard avro sərmayə qoyub.

    31 avqust 2025-ci il tarixinə bankın ölkədəki əməliyyat aktivləri 31 iyul 2025-ci il tarixinə olan göstərici ilə müqayisədə 1,83% (13 milyon avro) azalaraq 697 milyon avro təşkil edib.

    Qeyd edək ki, 2024-cü ildə AYİB Azərbaycanda səkkiz layihənin maliyyələşdirilməsinə ümumilikdə 199 milyon avro məbləğində kredit ayırıb ki, bu da əvvəlki illə müqayisədə 27,56% (43 milyon avro) artım deməkdir.