Dünya Bankının yeni prezidenti seçilib.
Dünya Bankı xəbər verir ki, bu, “Mastercard” şirkətinin keçmiş baş direktoru Acay Banqadır.
Bildirilib ki, Bankın İcraçı Direktorları bu gün Acay Banqanı 2023-cü il iyunun 2-dən başlayaraq beş illik müddətə Dünya Bankının prezidenti seçiblər.
Acay Banqa 10 noyabr 1959-cu ildə Hindistanın Maharaştra ştatının Pune şəhərində anadan olub. Atası ordu zabiti vəzifəsində çalışıb.