XƏBƏRLƏR / Maliyyə

Azərbaycanda pul bazası 7%-dən çox artıb

Bu barədə Azərbaycan Mərkəzi Bankı xəbər verir

Azərbaycanda pul bazası 7%-dən çox artıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • 01 Yanvar 2026-cı il tarixinə Azərbaycanda pul bazası 22 milyard 470.2 milyon manat təşkil edib.

    Bu barədə Azərbaycan Mərkəzi Bankı xəbər verir.

    Məlumata görə, son bir ayda pul bazası 1.5 % və ya 341.8 milyon manat artıb.

    İllik müqayisədə isə pul bazası 7.4% və ya 1 milyard 553.7 milyon manat artıb.

    Qeyd edək ki, pul bazasının tərkibinə dövriyyədə olan nağd pul və bank ehtiyatları (kommersiya banklarının sərbəst bank və məcburi ehtiyatları) daxildir.