XƏBƏRLƏR / Maliyyə

Əbu-Dabi Maliyyə Həftəsi işə başlayır

Tərbirdə 800 beynəlxalq mütəxəssis çıxış edəcək

Əbu-Dabi Maliyyə Həftəsi işə başlayır
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Dekabrın 8-də Əbu-Dabidə 4-cü qlobal Maliyyə Həftəsi işə başlayacaq. Dekabrın 11-dək davam edəcək tədbirdə dünya ÜDM-nin yarısından çoxuna bərabər olan, qlobal miqyasda 62 trilyon dollardan çox aktivləri idarə edən şirkətlərin liderləri, Baş direktorları və təsisçiləri iştirak edəcəklər.

    Həftə ərzində 60-dan çox tədbir, 300-dən çox sessiya keçiriləcək, 800 beynəlxalq mütəxəssis çıxış edəcək.

    Əbu-Dabi Maliyyə Həftəsinin rəsmi sözçüsü Məhəmməd əl-Muheyri bildirib ki, tədbir Əbu-Dabi Qlobal Bazarının (ADGM) və bütün Əbu-Dabi iqtisadi ekosisteminin aparıcı mövqeyini göstərir.

    Maliyyə Həftəsi ərzində Əbu-Dabi İqtisadi Forumu, Qlobal Bazarlar Sammiti, İnvestorlar Forumu, Qrinviç İqtisadi Forumu, İnfrastruktur Forumu və digər tədbirlərin keçirilməsi planlaşdırılır.