XƏBƏRLƏR / Maliyyə

Azərbaycan Çinlə Sİ əsaslı maliyyə nəzarəti yaradacaq

Mərkəzi Bankın sədri Taleh Kazımov Çin Milli Maliyyə Tənzimləməsi Administrasiyasının rəhbəri, nazir Li Yunze ilə görüşüb

Azərbaycan Çinlə Sİ əsaslı maliyyə nəzarəti yaradacaq
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Azərbaycan Çinlə süni intellekt əsaslı maliyyə nəzarətində əməkdaşlığı müzakirə edib.

    Mərkəzi Bankın sədri Taleh Kazımovun rəhbərlik etdiyi nümayəndə heyəti Çin Xalq Respublikasına səfər çərçivəsində Çin Milli Maliyyə Tənzimləməsi Administrasiyasının rəhbəri, nazir Li Yunze ilə görüş keçirib.

    Görüşdə hər iki ölkənin iqtisadiyyatında son islahatlar, bank və sığorta sektorlarında inkişaf meyilləri və risk-əsaslı nəzarət mexanizmləri müzakirə olunub. Tərəflər nəzarət prosesində süni intellekt texnologiyalarının tətbiqi, sektor üzrə innovativ həllər və yeni yanaşmalar barədə də fikir mübadiləsi aparıblar.

    Görüş zamanı Azərbaycan və Çin maliyyə nəzarəti qurumları arasında əməkdaşlığın genişləndirilməsi imkanları nəzərdən keçirilib. Bank və sığorta sektorlarında qarşılıqlı əlaqələrin dərinləşdirilməsinin hər iki tərəf üçün prioritet olduğu vurğulanıb.