Aşqabad Transxəzər qaz kəmərinin tikintisinə maneə görmür
Türkmənistan Xarici İşlər Nazirliyi belə hesab edir
Aşqabad Transxəzər qaz kəmərinin tikintisinə maneə görmür.
Türkmənistan qazı Xəzərin dibi ilə çəkilməsi planlaşdırılan kəmərlə Avropaya getməlidir.
"Transxəzər boru kəməri tamamilə real layihədir və iqtisadi baxımdan əsaslandırılır", - Türkmənistan XİN hesab edir.
Aşqabad onun həyata keçirilməsi üçün tərəfdaşlarla qarşılıqlı fəaliyyəti davam etdirməyə hazırdır.