Astana Dünya Köçəri Oyunlarına hazırlaşır
İdman yarışlarını və mədəni tədbirləri 100 mindən çox turistin izləyəcəyi gözlənilir
Sentyabrın 8-13-də Astanada 5-ci Dünya Köçəri Oyunları keçiriləcək.
Artıq şəhərdə qarşıdakı mötəbər hadisəni simvolizə edən tematik tərtibat görmək mümkündür.
Paytaxtda xüsusi tərtib olunmuş avtobuslar hərəkət edir.
Hazırlıq çərçivəsində paytaxt bu irimiqyaslı tədbirin unikallığını və koloritini əks etdirən kiçik memarlıq formaları ilə bəzədilib.
İdman yarışlarını və mədəni tədbirləri 100 mindən çox turistin izləyəcəyi gözlənilir.
Qeyd edək ki, Astanada keçiriləcək Dünya Köçəri Oyunlarında 21 idman növü üzrə 97 dəst medal uğrunda mübarizə gedəcək. Tədbirdə təxminən 2000 idmançının iştirakı nəzərdə tutulur.