BRİKS sammitində qonaqara at ətindən kabab verəcəklər
Bundan əlavə, tatar mətbəxinin məşhur yeməkləri də menyuya əlavə olunub
BRİKS sammiti ərəfəsində Kazan restoranları xarici nümayəndə heyətlərinin qastronomik üstünlüklərini nəzərə alan xüsusi menyu hazırlayacaqlar. Bu barədə Tatarıstan Restoratorlar və Otelçilər Assosiasiyasının vitse-prezidenti Radik Abdrahmanov məlumat verib.
Nümayəndə heyətləri Tatar kəndi üslubunda bəzədilmiş “Tuqan Avılım” restoran-əyləncə kompleksinə baş çəkə biləcəklər.
Menyuda tatar xörəklərinin çeşidləri, o cümlədən kistıbıy, eçpoçmak, beliş, tokmaç və at ətindən hazırlanmış nadir kabablar təqdim olunacaq. Onlara həmçinin təzə balıq yeməkləri və talkış kaleve kimi şirniyyatlar təklif edəcəklər.
Qonaqlar milli geyimdə ənənəvi çak-çak yeməyi və “əs-salamu aleykum” salamı ilə qarşılanacaqlar.