XƏBƏRLƏR / Müttəfiq

Astanada TDT üzv dövlətlərin Daxili İşlər Nazirləri görüşüb

Bu barədə Qırğızıstan mediası xəbər yayıb

Astanada TDT üzv dövlətlərin Daxili İşlər Nazirləri görüşüb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Astanada Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin Daxili İşlər Nazirlərinin üçüncü görüşü  keçirilib - EGOV.KG

    İştirakçılar terrorizm, ekstremizm, transmilli və kibercinayətkarlıq, insan alveri və qanunsuz miqrasiya ilə mübarizə üzrə birgə səyləri müzakirə ediblər. Həmçinin, TDT üzv dövlətləri və müşahidəçilər arasında Cinayətkarlıqla Mübarizə Şurasının yaradılması haqqında saziş layihəsini nəzərdən keçiriblər.

    Görüşün sonunda təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında birgə bəyannamə imzalanıb. Növbəti görüş 2027-ci ildə Türkiyədə keçiriləcək.