XƏBƏRLƏR / Müttəfiq

Türkiyə XİN Azərbaycanı təbrik edib

Azərbaycanda oktyabrın 18-i Müstəqilliyin Bərpası Günü kimi qeyd olunur

Türkiyə XİN Azərbaycanı təbrik edib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Türkiyənin Xarici İşlər Nazirliyi Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib.

    Bu barədə nazirliyin “X” sosial şəbəkəsindəki rəsmi hesabında paylaşım edilib.

    “Qardaş Azərbaycanın müstəqilliyinin bərpasının 35-ci ildönümü mübarək olsun!”, – paylaşımda qeyd olunub.

    Qeyd edək ki, Azərbaycanda oktyabrın 18-i Müstəqilliyin Bərpası Günü kimi qeyd olunur.