XƏBƏRLƏR / Müttəfiq

Ceyhun Bayramov Hakan Fidanla görüşüb

Bayramov həmkarını Azərbaycan-Ermənistan sülh prosesi barədə məlumatlandırıb

Ceyhun Bayramov Hakan Fidanla görüşüb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Münxendə Türkiyə xarici işlər naziri Hakan Fidanla görüşüb.

    Bu barədə Azərbaycan XİN-in “X” hesabında paylaşım olunub.

    Görüş zamanı Azərbaycan-Türkiyə müttəfiqlik tərəfdaşlığının bir sıra aspektləri, o cümlədən siyasi, təhlükəsizlik, iqtisadiyyat, kommunikasiyalar, eləcə də müxtəlif regional və beynəlxalq təşkilatlar çərçivəsində çoxtərəfli əməkdaşlıq gündəmdə olub.

    Nazir regiondakı son vəziyyət və Azərbaycan-Ermənistan sülh prosesi barədə də məlumat verib.