XƏBƏRLƏR / Müttəfiq

Türkiyə Müdafiə Nazirliyinin Avroparlamentə cavabı sərt oldu

Milli Müdafiə Nazirliyi Avropa Parlamentini Kiprlə bağlı qərəzli qətnaməsini iyrənc adlandırıb

Türkiyə Müdafiə Nazirliyinin Avroparlamentə cavabı sərt oldu
  • Oxuma müddəti:

    2 dəqiqə

  • Türkiyənin Milli Müdafiə Nazirliyi Avropa Parlamentini Kiprlə bağlı qərəzli qətnaməsinə görə qınayıb.

    Türkiyə Müdafiə Nazirliyi Kipr türklərinə qarşı törədilən çoxsaylı qanlı cinayətləri xatırladıb.

    Nazirlikdən verilən açıqlamada deyilir: "Ayvasil, Murataq, Sandallar, Atlılar və Kiprin digər bölgələrində türklərə qarşı törədilən qırğınları görməzdən gələnlərin indi Türkiyə Silahlı Qüvvələrini günahlandırmağa çalışması tragikomikdir. Türkiyənin hərbi mövcudluğu yarım əsrdən çoxdur ki, adada sülhün, təhlükəsizliyin və sabitliyin qarantı olub".

    Türkiyə Müdafiə Nazirliyi AP-nin 1974-cü ildə Kiprdə sülhməramlı əməliyyat kontekstində irəli sürdüyü "əsassız, məntiqsiz və utancverici ittihamları" qətiyyətlə rədd etdi: "Türkiyə ordusunun hərəkətləri Kipr türklərini sistematik hücumlar, qırğınlar və məcburi köçkünlüklər fonunda məhv olmaqdan xilas etdi".

    Müdafiə Nazirliyi 1963-cü ildən bəri Kiprdə EOKA terrorçuları tərəfindən 103 türk kəndinin dağıdılmasını və təxminən 30.000 Kipr türkünün evlərindən didərgin salınmasını xatırladaraq, "Avropa Parlamentinin qətnaməsi sağlam düşüncənin olmamasının və Türkiyə əleyhinə təbliğata əsaslanan qərəzliliyin açıq təzahürüdür" deyə vurğulayıb.

    "Ankara Kipr Türk xalqının təhlükəsizliyini təmin etməyə davam edəcək". Türkiyə Silahlı Qüvvələri Kipr Türklərinin təhlükəsizliyinə qarşı yönəlmiş hər hansı bir düşmənçilik hərəkətinə layiqincə cavab verməyə qərarlıdır", - deyə nazirlik əmin edib.

    Qeyd edək ki, Avropa Parlamenti ilk dəfə olaraq ümumavropa səviyyəsində "Kipr qadın və qızlarını 1974-cü ildə Türkiyənin işğalı zamanı törədilmiş cinayətlərin qurbanı" kimi tanıyan iyrənc və qərəzli qətnamə qəbul edib.