Azərbaycanla Türkiyə arasında siyasi məsləhətləşmələr
Bu barədə Azərbaycanın Türkiyədəki səfirirliyi məlumat yayıb

Azərbaycanla Türkiyə arasında siyasi məsləhətləşmələr keçirilib.
Bu barədə Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov sosial şəbəkə hesabında paylaşım edib.
"Bu gün Azərbaycan Xarici İşlər Nazirliyinin regional təhlükəsizlik üzrə baş direktoru Azər Musayev və Türkiyə Xarici İşlər Nazirliyinin Şərqi Avropa və Qafqaz üzrə baş direktoru Mehmet Samsarın rəhbərlik etdiyi nümayəndə heyətləri arasında keçirilən siyasi məsləhətləşmədə iştirak etdik.
Görüşdə ikitərəfli siyasi əlaqələr və beynəlxalq təşkilatlarda əməkdaşlığın inkişafı müzakirə edildi", - səfir qeyd edib.