XƏBƏRLƏR / İctimaiyyət

Astarada itkin düşən 2 balıqçıdan birinin meyiti tapılıb

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb

Astarada itkin düşən 2 balıqçıdan birinin meyiti tapılıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • 9 dekabr 2025-ci il tarixində Astara rayonu, Şahağac kəndi yaxınlığında Xəzər dənizində itkin düşən 2 balıqçıdan biri - 1999-cu il təvəllüdlü Həsənov Ağadədə Famil oğlunun meyiti FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

    Hazırda itkin düşən digər şəxs, 1997-ci il təvəllüdlü Həsənov Turan Eyvaz oğlunun axtarışları davam etdirilir.

    Əlavə məlumat veriləcək.