XƏBƏRLƏR / Kriminal

Astarada oğul anasını qətlə yetirib

DİN xəbər verir

Astarada oğul anasını qətlə yetirib
Arxiv
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Avqustun 22-də saat 15 radələrində 1978-ci il təvəllüdlü Məhəbbət Qasımovanın yaşadığı evdə kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

    DİN Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, münaqişə zəminində həmin cinayət əməlini törətməkdə şübhəli bilinən oğlu, 1999-cu il təvəllüdlü Murad Kazımzadə polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılaraq istintaqa təhvil verilib.

    Araşdırma aparılır.

    Qeyd edək ki, Astara şəhərində qeydiyyatda olan 1999-cu il təvəllüdlü Murad Kazım oğlu Kazımzadə aralarında yaranmış mübahisə zəminində anası, 1978-ci il təvəllüdlü Məhəbbət Nurəddin qızı Qasımovaya 4 bıçaq zərbəsi yetirərək onu qətlə yetirilib.