ATƏT-də Qərbi azərbaycanlıların geri dönməsindən danışıblar
Bu barədə Vyanada Milli Məclisin deputatı Məlahət İbrahimqızı danışıb
ATƏT-in iclasında Qərbi azərbaycanlıların geri qayıtmaq hüququ müzakirə olunub.
Milli Məclisin deputatı Məlahət İbrahimqızı ATƏT-in iclasında Qərbi azərbaycanlıların öz ata-baba yurdlarına qayıtmaq hüquqlarından danışıb.
Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının sədri Məlahət İbrahimqızı 24-25 iyun tarixlərində Vyanada (Avstriya) keçirilən “Tolerantlıq, ayrı-seçkilik etməmək və gender bərabərliyi” mövzusunda ATƏT-in insan hüquqları üzrə üçüncü əlavə iclasında iştirak edib.
Tədbirdə Qərbi Azərbaycan İcması adından çıxış edən M.İbrahimqızı İcmanın fəaliyyətindən, gündəliyindən, azərbaycanlıların Ermənistandan qovulmasından ətraflı danışıb.
O qeyd edib ki, Ermənistanın etnik təmizləmə aparması və qərbi azərbaycanlıların öz evlərinə qayıtmasına mane olması dözümsüzlük və ayrı-seçkilikdir.
M.İbrahimqızı Qərbi Azərbaycan İcmasının dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə hörmətlə yanaşdığını, əsas missiyasının fundamental insan haqlarını təşviq etmək olduğunu vurğulayıb.