XƏBƏRLƏR / Qayıdış

Ağdərədə odlu silahlar tapılıb

DİN xəbər verir

Ağdərədə odlu silahlar tapılıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İşğaldan azad edilən Ağdərə şəhərində odlu silahlar aşkarlanıb.

    DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, polis əməkdaşları Ağdərə şəhəri ərazisindən 2 avtomat, 2 tapança, 15 müxtəlif patron darağı, 2 dəbilqə, 2 canqoruyucu, 1 süngü bıçaq və 534 ədəd patron aşkar edərək götürüblər.

    Faktla bağlı araşdırma aparılır.