XƏBƏRLƏR / Siyasət

Avrasiya İqtisadi Birliyinin Çolpon-Ata iclası başa çatıb

AİB hökümət başçıları sənədlər paketi imzaladılar

Avrasiya İqtisadi Birliyinin Çolpon-Ata iclası başa çatıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Avrasiya İqtisadi Birliyinin (AİB) ölkələrinin baş nazirləri Qırğızıstanın Çolpon-Ata şəhərində keçirilən Avrasiya Hökumətlərarası Şurasının 47-ci iclasından sonra sənədlər paketi imzaladılar.

    Bu üç sazişdir:

    • AİB daxilində elektron ticarət,
    • Akademik dərəcələrin qarşılıqlı tanınması,
    • Broker və dilerlərin birja ticarətində iştirakına qarşılıqlı icazə verilməsi.

    Avrasiya Hökumətlərarası Şurasının növbəti iclası 1-2 oktyabr tarixlərində Minskdə keçiriləcək.

    Rusiyanın Baş naziri Mixail Mişustin Şuranın ildə ən azı iki dəfə görüşməli olduğunu bildirib. Çolpon-Atada keçirilən hazırkı iclas bu il keçirilən ikinci iclasdır.

    Qeyd edək ki, AİB-ə beş ölkə daxildir: Rusiya, Belarus, Qazaxıstan, Ermənistan və Qırğızıstan.