XƏBƏRLƏR / İdman

AVRO-2024: Fransa və Belçika millisi mübarizəyə başlayır

AVRO-2024 iyulun 14-də başa çatacaq

AVRO-2024: Fransa və Belçika millisi mübarizəyə başlayır
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Almaniyada keçirilən futbol üzrə Avropa çempionatında bu gün daha üç oyun baş tutacaq.

    E qrupunda Rumıniya – Ukrayna, Belçika – Slovakiya matçları gerçəkləşəcək.

    D qrupunda Fransa Avstriyanı sınağa çəkəcək.

    AVRO-2024
    D qrupu
    23:00. Avstriya - Fransa
    Baş hakim: Xesus Gil Manzano (İspaniya)
    Düsseldorf ("Düsseldorf Arena")

    E Qrupu
    17:00. Rumıniya - Ukrayna
    Baş hakim: Qlenn Nuberq (İsveç)
    Münxen. "Alliants Arena"

    20:00. Belçika - Slovakiya
    Baş hakim: Halil Umut Meler (Türkiyə)
    Frankfurt. "Frankfurt Arena"

    Qeyd edək ki, AVRO-2024 iyulun 14-də başa çatacaq.