XƏBƏRLƏR / İdman

İlham Əliyev “Qarabağı” təbrik etdi

Bu barədə Prezident sosial şəbəkədə paylaşım edib

İlham Əliyev “Qarabağı” təbrik etdi
Arxiv
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İlham Əliye X sosial şəbəkəsindəki hesabinda "Qarabağ"ı qələbə münasıbəti ilə təbrik edib:

    "Çempionlar Liqasının əsas mərhələsində "Ayntraxt" komandası üzərində parlaq qələbə qazanması münasibətilə Qarabağ futbol klubunu ürəkdən təbrik edirəm! 

    Hakimin ədalətsiz və qərəzli qərarlarına baxmayaraq, haqq-ədalət öz yerini tapdı. Birinci dəfə deyil ki, UEFA tərəfindən təyin edilən hakimlər ədalətsiz və qərəzli qərarları ilə Qarabağın qələbə yolunu kəsməyə çalışırlar. Ümid edirəm ki, UEFA bu hakimin kimin tərəfindən təyin olunmasına aydınlıq gətirəcək. 

    Ədaləti və əyilməz ruhu məğlub etmək mümkün deyil. Yaşasın Qarabağ!".