İspaniya millisi Argentinaya qalib gələrək çempion oldu FOTO
Yeganə qolu əlavə vaxtda Ferran Torres vurdu YENİLƏNİB
02:17
İspaniya milli komandası 2026-cı il FİFA Dünya Kubokunun çempionudur.
Luis de la Fuentenin komandası finalda Argentinanı 1-0 hesabı ilə məğlub etdi.
Yeganə qolu əlavə vaxtda Ferran Torres vurdu.

İspaniya rəqiblərinə qapılarına bir dəfə də zərbə vurmağa imkan vermədi və kuboku haqlı olaraq qazandı.

Messi ilə Yamal arasındakı final oyunu dünya miqyasında 2 milyarda qədər izləyicinin iştirak etdiyi futbol tarixində ən çox izlənilən matçlardan biri oldu.

ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatının qalibi olan İspaniya millisi mükafatlandırılıb.
Dünya çempionlarına qızıl medalları və kuboku ABŞ Prezidenti Donald Tramp və FIFA prezidenti Canni İnfantino təqdim ediblər.
Finalda uduzan Argentina yığması isə gümüş medallarla mükafatlandırılıb.


1 dəqiqədən az