XƏBƏRLƏR / İdman

“Braqa”nın Bakıya gələcək heyəti açıqlanıb

“Qarabağ” - “Braqa” oyununun hakimləri də müəyyənləşib

“Braqa”nın Bakıya gələcək heyəti açıqlanıb
  • Oxuma müddəti:

    1 dəqiqə

  • UEFA Avropa Liqası
    Pley-off, cavab oyunu
    22 fevral
    21:45. “Qarabağ” - “Braqa”

    Avropa Liqasının pley-off mərhələsinin cavab oyununda “Qarabağ”ın qonağı olacaq “Braqa”nın Bakıya gələcək heyəti dəqiqləşib.

    Baş məşqçi Artur Jorje səfərdə 23 futbolçuya güvənəcək.

    O, heyətdə sürpriz edib. Bir aya yaxın fasilədən sonra Bruma komanda ilə olacaq. O, menisk əməliyyatından sonra bərpa prosesini başa vurub. Rikardo Orta isə bu dəfə də heyətdən kənar qalacaq.

    Qapıçılar: Mateus, Tiaqo Sa, Lukas Horniçek;

    Müdafiəçilər: Serdar, Niakate, Fonte, Paulo Oliveyra, Co Mendeş, Çissumba, Viktor Qomez, Borxa;

    Yarımmüdafiəçilər: Şer Ndur, Zalazar, Vitor Karvalyo, Pizzi , Joao Moutinyo, Soumare;

    Hücumçular: Bruma, Abel Ruiz, Alvaro Calo, Roni Lopes, Rocer, Simon Banza.

    “QARABAĞ” - “BRAQA” OYUNUNUN HAKİMLƏRİ DƏ MÜƏYYƏNLƏŞDİ

    Baş hakim: Georgi Kabakov
    Baş hakimin köməkçiləri: Martin Marqaritov, Diyan Valkov
    Dördüncü hakim: Nikola Popov
    VAR: İvaylo Stoyanov
    AVAR: Draqomir Draqanov (hamısı Bolqarıstan) 
    Hakim-inspektor: Petteri Kari (Finlandiya)
    Tofiq Bəhramov adına Respublika stadionu