XƏBƏRLƏR / İdman

Türkiyə IV Avropa Oyunlarına ev sahibliyi edəcək

Bu yarışa 2015-ci ildə Azərbaycan ev sahibliyi etmişdi

Türkiyə IV Avropa Oyunlarına ev sahibliyi edəcək
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Türkiyə 2027-ci ildə təşkil olunacaq IV Avropa Oyunlarına ev sahibliyi edəcək. Bu barədə İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu məlumat verib.

    O, yarışın İstanbul şəhərində təşkil olunacağını bildirib.

    Qeyd edək ki, 2015-ci ildə Azərbaycanın ev sahibliyi etdiyi yarış son olaraq, ötən il Polşanın Krakov şəhərində keçirilib.