Mariya Stadnik 9-cu dəfə Avropa çempionu oldu
Xorvatiyada Avropa çempionatı keçilir
Azərbaycanın qadın güləşçisi Mariya Stadnik Xorvatiyada keçirilən Avropa çempionatında final görüşünə çıxıb.
50 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız yarışda Ukrayna güləşçisi Oksana Livaçla üz-üzə gəlib.
Azərbaycan güləşçisi rəqibini 9:4 hesabı ilə məğlub edərək Avropa çempionu olub.
Qeyd edək ki, bu, Stadnikin Avropada qazandığı 9-cu qızıl medaldır.