XƏBƏRLƏR / İdman

Türkiyə millisinin dünya çempionatı üçün heyəti açıqlanıb

Mundial iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək

Türkiyə millisinin dünya çempionatı üçün heyəti açıqlanıb
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Türkiyə millisinin futbol üzrə dünya çempionatı üçün yekun heyəti müəyyənləşib.

    İtaliyalı baş məşqçi Vinçenzo Montella yığmaya 26 futbolçu dəvət edib.

    Qapıçılar: Altay Bayındır, Mərt Günok və Uğurcan Çakır;

    Müdafiəçilər: Abdülkərim Bardakçı, Çağlar Söyüncü, Eren Elmalı, Fərdi Kadıoğlu, Merih Demiral, Mert Müldür, Ozan Kabak, Samet Akaydın və Zeki Çelik;

    Yarımmüdafiəçilər: Hakan Çalhanoğlu, İsmayıl Yüksək, Kaan Ayhan, Orkun Kökçü, Salih Özcan, Arda Gülər, İrfan Can Kahveci, Oğuz Aydın və Yunus Akgün;

    Hücumçular: Barış Alpər Yılmaz, Can Uzun, Dəniz Gül, Kənan Yıldız, Kərəm Aktürkoğlu.

    “Ay-ulduzlular” D qrupunda ABŞ, Paraqvay və Avstraliya yığmaları ilə qarşılaşacaqlar.

    Qeyd edək ki, mundial iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək. Turnirdə 48 milli komanda mübarizə aparacaq.