Qadın voleybolçularımız Avropa çempionatına hazırlaşır
Faiq Qarayevin baş məşqçisi olduğu yığma bu gün Yunanıstana yola düşüb
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatına hazırlığı Yunanıstanda davam etdirəcək.
Federasiyadan bildirilib ki, komanda bu məqsədlə Afinaya yola düşüb.
İyulun 27-dən avqustun 1-nə kimi davam edəcək təlim-məşq toplanışı çərçivəsində Faiq Qarayevin baş məşqçisi olduğu yığmanın yoxlama oyunları keçirməsi də nəzərdə tutulub.
Qeyd edək ki, Azərbaycan qadın voleybolçular arasında Avropa çempionatının C qrupunun oyunlarına ev sahibliyi edəcək. Bu qrupda Azərbaycan, Portuqaliya, Niderland, Belçika, Rumıniya və İspaniya milli komandaları mübarizə aparacaqlar. Bakıdakı qarşılaşmalar avqustun 21-28-də Milli Gimnastika Arenasında keçiriləcək.
1 dəqiqədən az