XƏBƏRLƏR / İdman

UEFA Avropa Liqası: "Qarabağ"ın rəqibləri bəlli olub

"Köhlən atlar" ilk oyununu "Ayaks"la (Niderland) evdə keçirəcək

UEFA Avropa Liqası: "Qarabağ"ın rəqibləri bəlli olub
  • Oxuma müddəti:

    1 dəqiqə

  • UEFA Avropa Liqasının yeni formatda keçiriləcək əsas mərhələsinin püşkü atılıb.

    Mərasimdə "Qarabağ"ın da rəqibləri bəlli olub.

    Ağdam klubu Liqa mərhələsində Niderlandın “Ayaks”, İngiltərənin “Tottenhem”, Fransanın “Lion”, Yunanıstanın “Olimpiakos”, İsveçin “Malmö”, Norveçin “Budyo-Qlimt”, Rumıniyanın “Styaua” və İsveçin “Elfsborq” klubları ilə qarşılaşacaq. Azərbaycan çempionu dörd oyunu evdə, digər dördünü isə səfərdə keçirəcək.

    Əsas mərhələdə 36 klub mübarizə aparacaq. 8 turdan sonra ilk 8 yeri tutan komandalar 1/8 finala, 9-24-cü yerlərin sahibləri pley-offa yüksələcək. Digər 12 iştirakçı mübarizəni dayandıracaq.

    Liqa mərhələsinin oyun günləri də bəllidir. İlk altı tur bu il, son iki tur gələn il baş tutacaq.

    2024-cü il

    I tur

    25-26 sentyabr

    “Qarabağ” – “Ayaks”

    II tur

    3 oktyabr

    “Tottenhem” – “Qarabağ”

    III tur

    24 oktyabr

    “Qarabağ” – “Lion”

    IV tur

    7 noyabr

    “Olimpiakos” – “Qarabağ”

    V tur

    28 noyabr

    “Qarabağ” - “Malmö”

    VI tur

    12 dekabr

    “Budyo-Qlimt” – “Qarabağ”

    2025-ci il

    VII tur

    23 yanvar

    “Qarabağ” – “Styaua”

    VIII tur

    30 yanvar

    “Elfsborq” – “Qarabağ”