“Qarabağ” səfərdə qələbə qazanıb
Azərbaycan təmsilçisi Sloveniya klubu “Olimpiya”nın qonağı olub
"Qarabağ” UEFA Avropa Liqasının pley-off mərhələsində ilk oyununu keçirib.
Azərbaycan təmsilçisi Sloveniya klubu “Olimpiya”nın qonağı olub.
“Stojitse” stadionunda baş tutan qarşılaşmada Ağdam təmsilçisinin futbolçuları birinci hissədə rəqibi iki dəfə mərkəzə dəvət ediblər.
32-ci dəqiqədə Kevin Medina, 44-cü dəqiqədə isə Leandro Andrade fərqləniblər.
Komandaların ikinci hissədəki cəhdləri bir nəticə verməyib. Beləliklə, “Qarabağ” 2:0 hesablı səfər qələbəsi qazanaraq, qrup mərhələsinə vəsiqə yolunda önəmli üstünlük əldə edib.
Qeyd edək ki, komandalar arasında növbəti qarşılaşma avqustun 31-də Bakıda baş tutacaq.