XƏBƏRLƏR / İdman

"Qarabağ" Polşada məğlub oldu

Qeyd edək ki, cavab oyunu avqustun 2-də Bakı Olimpiya Stadionunda keçiriləcək

"Qarabağ" Polşada məğlub oldu
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycan çempionu “Qarabağ” Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk matçında "Rakuv"un qonağı olub.

    Ağdam klubu Polşa çempionu ilə qarşılaşmada məğlub olub. 

    Oyunun birinci hissəsində qapılara qol vurulmasa da, fasilədən sonra "Qarabağ"ın qapıçısı Şahruddin Məhəmmədəliyevin səhvləri nəticəsində meydan sahibləri hesabda 2:0 önə keçiblər. Komandamız qısa müddət ərzində hesabı bərabərləşdib, belə ki, Cica 74 və 76-cı dəqiqələrdə dubl edib.

    Amma əsas vaxta əlavə olunmuş ilk dəqiqədə oyuna sonradan daxil olan Kittel uzaqdan zərbə ilə "Rakuv"a qələbə qazandırıb.

    Qeyd edək ki, cavab oyunu avqustun 2-də Bakı Olimpiya Stadionunda keçiriləcək.