Hicabını atan iranlı xanım Bakıda yarışda iştirak edir
Şahmatçı Sarasadat Xademalşəhriyən İspaniya yığmasının heyətində dünya kubokunda iştirak edir
Bakıda keçirilən şahmat üzrə Dünya Kuboku 26 yaşlı İran əsilli şahmatçı Sarasadat Xademalşəhriyənin iştirakı ilə beynəlxalq ictimaiyyətin diqqətini cəlb edib.
Qız ötən il İranda hicabın məcburi geyinilməsinə qarşı keçirilən etiraz aksiyalarından sonra məşhurlaşıb.
Qazaxıstanda keçirilən beynəlxalq turnirdə onun yarışa hicabsız çıxması İran hakimiyyətinin kəskin tənqidinə səbəb olub.
Bundan sonra o, İspaniyaya mühacirət edib və dünya çempionatı ərəfəsində İspaniya vətəndaşlığını alıb.
O, Bakıda İspaniya millisində çıxış edir.
Yüksək reytinqə görə Sarasadat mübarizəyə ikinci raunddan - 1/32 finaldan başlayır.
Bu gün o, İndoneziyadan olan Aulia Medina Varda ilə görüşür.
İndoneziyalı 1/128 finalda filippinli Frayna Janelle Maeni 1,5:0,5 hesabı ilə məğlub edib.