XƏBƏRLƏR / İdman

Paris-2024: Azərbaycan medal sıralamasında 24-cü sıradadır

İlk "üçlük"də yenə ABŞ, Çin və Avstraliyadır

Paris-2024: Azərbaycan medal sıralamasında 24-cü sıradadır
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Azərbaycan Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında medal sıralamasında 24-cü pillədə qərarlaşıb.

    Hələlik komandanın aktivində iki qızıl, bir gümüş, bir bürünc mükafat var.

    Cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) olimpiya çempionu olublar.

    Taekvondoçu Qaşım Maqomedov (58 kiloqram) gümüş medal qazanıb.

    Yunan-Roma güləşçisi Həsrət Cəfərov bürünc medal qazanıb.

    Boksçu Alfonso Dominqes (92 kq) finala yüksəlməklə ən azı gümüş medalı təmin edib. O, mübarizəyə davam etdiyi üçün mükafat cədvəldə göstərilməyib. 

    Ukrayna (3 qızıl, 3 gümüş, 4 bürünc) 15-ci, İran (2 qızıl, 2 gümüş, 2 bürünc) 21-ci, Gürcüstan (1 qızıl, 2 gümüş, 1 bürünc) 35-ci, qardaş ölkə Türkiyə (2 gümüş, 3 bürünc) 60-cı, Ermənistan (2 gümüş, 1 bürünc) 62-ci sıradadır.

    İlk "üçlük"də ABŞ (30 qızıl, 38 gümüş, 35 bürünc), Çin (29 qızıl, 25 gümüş, 19 bürünc) və Avstraliya (18 qızıl, 14 gümüş və 13 bürünc) yer alıblar.

    Hələlik 85 ölkə mükafat əldə edə bilib.

    Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.