XƏBƏRLƏR / İdman

Paris-2024: Azərbaycan medal sıralamasında 28-ci pillədədir

Hazırda yığmanın hesabında 3 qızıl, 1 gümüş və 2 bürünc mükafat var

Paris-2024: Azərbaycan medal sıralamasında 28-ci pillədədir
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Azərbaycan millisi Fransanın paytaxtı Parisdə keçirilən Yay Paralimpiya Oyunlarının medal sıralamasında 28-ci pillədə qərarlaşıb.

    Hazırda yığmanın hesabında 3 qızıl, 1 gümüş və 2 bürünc mükafat var.

    İmaməddin Xəlilov (parataekvondo, 70 kq), Səid Nəcəfzadə (T12, uzunluğa tullanma) və Lamiyə Vəliyeva (T13 kateqoriyası, 100 metr məsafəyə qaçış) qızıl, Raman Saley gümüş (100 metr məsafəyə arxasıüstə üzmək) və bürünc (100 metr məsafəyə sərbəst üsulla üzmək), Sabir Zeynalov (parataekvondo, 58 kq) bürünc medala sahib çıxıblar.

    Siyahıya Çin (62 qızıl, 46 gümüş, 27 bürünc) başçılıq edir. Böyük Britaniya (33 qızıl, 25 gümüş, 16 bürünc) ikinci, ABŞ (25 qızıl, 26 gümüş, 12 bürünc) üçüncüdür.

    Özbəkistan (6 qızıl, 5 gümüş, 4 bürünc) 12-ci, Türkiyə (2 qızıl, 7 gümüş, 4 bürünc) 29-cudur.

    Hələlik 78 ölkə təmsilçisi mükafat əldə edə bilib.

    Qeyd edək ki, paralimpiada sentyabrın 8-də başa çatacaq.