XƏBƏRLƏR / İdman

"Qarabağ" Kadi Borgesin əvəzinə başqa futbolçu sifariş edib

UEFA İcraiyyə Komitəsinin çıxardığı qərara əsasən, avrokuboklarda bir futbolçu ən azı 2 aylıq sıradan çıxsa, onu iştirak ərizəsində başqası əvəzləyə bilər

"Qarabağ" Kadi Borgesin əvəzinə başqa futbolçu sifariş edib
Joni Montiel
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • "Qarabağ" klubu UEFA Çempionlar Liqasının oyunları üçün daha bir futbolçunu iştirak ərizəsinə daxil edib.

    Joni Montiel siyahıya əlavə olunub.

    27 yaşlı yarımmüdafiəçi zədə səbəbindən uzun müddətə sıradan çıxan Kadi Borgesi əvəzləyib.

    UEFA İcraiyyə Komitəsinin yayda çıxardığı qərara əsasən, avrokuboklarda bir futbolçu ən azı 2 aylıq sıradan çıxsa, onu iştirak ərizəsində başqası əvəzləyə bilər.

    Qeyd edək ki, UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunda İngiltərənin "Çelsi" klubu ilə matçda zədələnən "Qarabağ"ın futbolçusu Kadi Borges 8-10 həftə yaşıl meydanlardan kənarda qalacaq. Futbolçunun sol fibulasında sınıq aşkarlanıb.

    Qeyd edək ki, "Qarabağ" noyabrın 25-də Çempionlar Liqasının Liqa mərhələsinin V turunda İtaliyada "Napoli"nin qonağı olacaq.