Minifutbol üzrə milli komandamız 1/4 finala yüksəlib VİDEO

Birləşmiş Ərəb Əmirliyində mini-futbol üzrə Dünya çempionatı keçirilir

  • Oxuma müddəti:

    0 dəqiqə

  • Minifutbol üzrə Azərbaycan milli komandası BƏƏ-də keçirilən dünya çempionatında 1/4 finala yüksəlib.

    1/8 finalda Azərbaycan yığması Portuqaliya yığmasını 3:0 hesabı ilə məğlub edib.

    Azərbaycan komandası qrup mərhələsində İraq (2:0), Misir (4:1) və Küveyt (3:1) komandalarına qalib gəlib.