Şahmatçımız Karlsenə uduzdu
Qeyd edək ki, Nicat Abasov 1/4 finalda Hindistan təmsilçisi Vidit Santoşu, Maqnus Karlsen isə onun həmyerlisi Dommaracu Qukeşi üstələyib
Azərbaycan şahmatçısı Nicat Abasov Bakıda təşkil olunan Dünya Kubokunda yarımfinal mərhələsinin ilk oyununu keçirib.
28 yaşlı qrosmeyster bu raundda norveçli Maqnus Karlsenlə üz-üzə gəlib.
Güclü rəqibinə qarşı qara fiqurlarla oynayan şahmatçımız ilk dueldən məğlub ayrılıb.
Qeyd edək ki, Nicat Abasov 1/4 finalda Hindistan təmsilçisi Vidit Santoşu, Maqnus Karlsen isə onun həmyerlisi Dommaracu Qukeşi üstələyib.