XƏBƏRLƏR / İdman

Azərbaycanın daha bir boksçusu erməni rəqibini məğlub edib

Sərxan Əliyev 1/8 finalda ermənistanlı Qurgen Madoyanı sınağa çəkib

Azərbaycanın daha bir boksçusu erməni rəqibini məğlub edib
Sərxan Əliyev
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycan boksçusu Sərxan Əliyev İtaliyanın Busto Arsizio şəhərində I Dünya Olimpiya Təsnifat Turnirində 3-cü döyüşünü keçirib.

    71 kq çəkidə qüvvəsini sınayan dünya çempionatının mükafatçısı 1/8 finalda ermənistanlı Qurgen Madoyanı sınağa çəkib.

    Döyüş Əliyevin qələbəsi ilə yekunlaşıb. Boksçumuz 3:2 (28:29, 28:29, 29:28, 29:28, 30:27) hesabı ilə qalib gəlib.

    Beləliklə, Nicat Hüseynovun (51 kq) ardınca Sərxan da erməni rəqibini mübarizədən kənarlaşdıraraq adını 1/4 finala yazdırıb.

    Ona Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanmaq üçün cəmi 1 qələbə kifayət edəcək. Əliyev yarımfinala vəsiqə əldə etmək üçün qazaxıstanlı Aslanbek Şimbergenovla qüvvəsini sınayacaq.

    Qeyd edək ki, 1/4 final görüşləri bu gün keçiriləcək.