XƏBƏRLƏR / İdman

Azərbaycan UEFA reytinqində bir pillə irəliləyib

Bu barədə UEFA-nın rəsmi saytında məlumat verilib

Azərbaycan UEFA reytinqində bir pillə irəliləyib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycan UEFA reytinqində bir pillə irəliləyib.

    Bu, "Sabah"ın UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunda Çexiyanın "Slaviya" komandasını məğlub etməsi (2:0) sayəsində mümkün olub.

    Qalibiyyət sayəsində ölkənin aktivinə 0,500 əmsal əlavə olunub. Azərbaycan (24,187) hazırda reytinqdə 24-cü sıradadır. 25-ci mövqedə İsrail (24,125), 23-cü yerdə Ukrayna (24,337) qərarlaşıb.

    Xatırladaq ki, UEFA reytinqində İngiltərə (104,019) liderdir.