Fatih Terim Səudiyyə Ərəbistanı klubunda
Fatih Terim 6 ay müddətində 1.6 milyon dollar qazanacaq
Türkiyəli tanınmış mütəxəssis Fatih Terim yenidən işinin başına qayıdır.
Türkiyə mətbuatının yazdığına görə, Səudiyyə Ərəbistanının “Əş-Şəbab” klubu 71 yaşlı təcrübəli çalışdırıcını baş məşqçi postuna gətirmək istəyir.
Tanınmış insayder Nikola Şkiranın sözlərinə görə, “imperator” ləqəbli mütəxəssis Səudiyyə Ərəbistanı təmsilçisi ilə danışıqlar aparır. Mənbənin sözlərinə görə, tərəflər iki illik müqavilə bağlamaq üzrədir.
Türkiyə mətbuatının yaydığı xəbərlərdə isə bildirilir ki, ərəblər F.Terimə 6 ay+1 illik müqavilə təklif edib. O, 6 ay müddətində 1.6 milyon dollar qazanacaq.
Xatırladaq ki, Fatih Terim daha çox “Qalatasaray” və Türkiyə millisindəki işi ilə tanınır. O, son olaraq Yunanıstanın “Panatinaikos” komandasında işləyib.