XƏBƏRLƏR / İdman

III MDB Oyunlarının açılış mərasimi BİRBAŞA

Tədbir Gəncə şəhər stadionunda baş tutur

III MDB Oyunlarının açılış mərasimi BİRBAŞA
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 19:10

    Azərbaycanda təşkil olunan III MDB Oyunlarının açılış mərasimi keçirilir.

    Gəncə şəhər stadionundakı tədbir saat 19:10-da start götürüb.

    Tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva da iştirak edir.

    BİRBAŞA

    ***

    08:16

    Azərbaycanda təşkil olunan III MDB Oyunlarının açılış mərasimi bu gün keçiriləcək.

    Gəncə şəhər stadionundakı tədbir saat 19:00-da start götürəcək.

    Tədbirdə Azərbaycan bayrağını karateçi Asiman Qurbanlı və taekvondoçu Zemfira Həsənzadə daşıyacaqlar.

    Qeyd edək ki, iki gün əvvəl start götürən yarışa 13 ölkədən 1 624 idmançı və 2 337 nümayəndə qatılıb. Turnirdə Azərbaycanı 340, Pakistanı 4, Rusiyanı 262, Özbəkistanı 254, Belarusu 240, Qazaxıstanı 147, Tacikistanı 144, Qırğızıstanı 126, Türkmənistanı 48, Türkiyəni 38, Kubanı 11, Küveyti 6, Omanı isə 4 idmançı təmsil edir.

    Yarışın bağlanış mərasimi oktyabrın 8-də, Gəncə şəhər stadionunda baş tutacaq.