“Gəncə” klubu rusiyalı voleybolçu ilə yollarını ayırıb
Bu barədə klubdan məlumat verilib
“Gəncə” komandası rusiyalı voleybolçu Anna Balberova ilə yollarını ayırıb.
Klubdan verilən məlumata görə, məşqçilər korpusunun etimadını doğrultmayan oyunçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, Anna Balberova cari mövsümün əvvəlində Rusiyanın “Derjava” klubundan transfer olunmuşdu.