XƏBƏRLƏR / İdman

Avro-2024: Mbappenin burnu sınıb

Qalan matçlarda maska ilə oynayacaq

Avro-2024: Mbappenin burnu sınıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Almaniyada keçirilən Avropa çempionatının D qrupunun ilk turunda Avstriya yığması ilə oyunda zədələnən Fransa millisinin kapitanı Kilian Mbappenin durumuna aydınlıq gəlib.

    Matçın sonlarında rəqib oyunçu Donso ilə toqquşan ulduz futbolçunun burnu sınıb. Onun tezliklə əməliyyat olunacağı və qalan görüşlərdə xüsusi maska ilə oynayacağı bildirilib.

    Qeyd edək ki, Fransa millisi Avstriya seçməsinə 1:0 hesabı ilə qalib gələrək, Avro-2024-ə qələbə ilə başlayıb.