XƏBƏRLƏR / İdman

Cüdoçumuz təsəlliverici görüşdə mübarizəni dayandırdı

Uşanqi Kokauri təsəlliverici qarşılaşmada Endi Qranda (Kuba) ilə qarşılaşıb

Cüdoçumuz təsəlliverici görüşdə mübarizəni dayandırdı
Uşanqi Kokauri
  • Oxuma müddəti:

    2 dəqiqə

  • 18:20

    Azərbaycan cüdoçusu Uşanqi Kokauri Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti görüşünə çıxıb.

    100 kq-dan yuxarı çəki dərəcəsində yer alan idmançı təsəlliverici qarşılaşmada dünya çempionu Endi Qranda (Kuba) ilə qarşılaşıb.

    Rəqibinə məğlub olan təmsilçimiz mübarizəni dayandırıb.

    Bununla da Azərbaycanın cüdo yığması Paris-2024-dəki çıxışını başa vurub.

    Qeyd edək ki, daha əvvəl cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) olimpiya çempionu olublar. Paris-2024 avqustun 11-də başa çatacaq.

    ***

    14:07

    Azərbaycan cüdoçusu Uşanqi Kokauri Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti görüşünə çıxıb.

    "100 kq-dan yuxarı çəki dərəcəsində yer alan idmançı 1/4 final mərhələsində Minjonq Kim (Cənubi Koreya) ilə üz-üzə gəlib.

    Cüdoçumuz rəqibinə uduzsa da, bürünc medal uğrunda təsəlliverici qarşılaşmalarda iştirak hüququ qazanıb.

    Qeyd edək ki, hazırda Azərbaycanın aktivində üç medal var. Cüdoçular Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) Olimpiya çempionu olublar, boksçu Alfonso Dominqes (92 kiloqram) isə yarımfinala vəsiqə qazanmaqla ən azı bürünc mükafatı təmin edib.

    Qeyd edək ki, daha əvvəl cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) olimpiya çempionu olublar. Paris-2024 avqustun 11-də başa çatacaq.

    ***

    13:30

    Azərbaycan cüdoçusu Uşanqi Kokauri Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti görüşünə çıxıb.

    100 kq-dan yuxarı çəki dərəcəsində yer alan idmançı 1/8 final mərhələsində Martti Pumalainen (Finlandiya) ilə üz-üzə gəlib.

    Rəqibinə ipponla qalib gələn Kokauri 1/4 finala vəsiqə qazanıb. O, növbəti raundda Minjonq Kim (Cənubi Koreya) ilə ilə qarşılaşacaq.

    Qeyd edək ki, daha əvvəl cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) olimpiya çempionu olublar. Paris-2024 avqustun 11-də başa çatacaq.

    ***

    12:31

    Azərbaycan cüdoçusu Uşanqi Kokauri “Paris-2024” Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

    100 kiloqramdan yuxarı çəki dərəcəsində çıxış edən idmançı 1/16 finalda braziliyalı Rafael Silva ilə qarşılaşıb.

    Rəqibinə ipponla qalib gələn cüdoçumuz 1/8 finala yüksəlib.

    Qeyd edək ki, hazırda Azərbaycanın aktivində iki medal var. Cüdoçular Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) Olimpiya çempionu olublar, boksçu Alfonso Dominqes (92 kiloqram) isə yarımfinala vəsiqə qazanmaqla ən azı bürünc mükafatı təmin edib.