“Neftçi”nin Albaniya klubu ilə oyunu baş tutmayacaq
Tirana təmsilçisi sınaq matçı üçün “ağ-qaralar”ı seçməyib
Mövsümün ikinci yarısına Türkiyənin Antalya şəhərində hazırlaşan “Neftçi”nin Albaniyanın “Partizani” klubu ilə yanvarın 9-na planlaşdırılan yoxlama oyunu baş tutmayacaq.
Xarici KİV xəbər verir ki, Tirana təmsilçisi sınaq matçı üçün “ağ-qaralar”ın əvəzinə Rumıniyanın “Universitatya” komandasını seçib.
Qeyd edək ki, “Neftçi” Antalyadakı ilk yoxlama görüşündə Türkiyənin I Liqa təmsilçisi “Ərzurumspor”a 1:3 hesabı ilə məğlub olub.