XƏBƏRLƏR / İdman

2025-ci ilin idman yekunlarına həsr olunan mərasim keçirilib

Prezident İlham Əliyev tədbirdə iştirak edib YENİLƏNİB / VİDEO

2025-ci ilin idman yekunlarına həsr olunan mərasim keçirilib
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 14:14

    “Ənənəvi olaraq ilin sonunda görüşürük, ilin yekunlarını müzakirə edirik, idmançıları, idman mütəxəssislərini mükafatlandırırıq. Bu il də istisna deyil”.

    Bunu Prezident İlham Əliyev 2025-ci ilin idman yekunlarına həsr olunan mərasimdə deyib.

    VİDEO

    Dövlət başçısı bildirilib ki, bu il idmançılarımız tərəfindən qazanılan medalların sayı rekord həddə çatıb: “Beynəlxalq yarışlarda idmançılarımız tərəfindən 2000-dən çox medal, təqribən 600-dən çox qızıl medal qazanılıb. Bu, bir daha onu göstərir ki, idmanın inkişafı Azərbaycanda uğurla gedir. Keçən illə müqayisədə medalların sayı daha çoxdur və bu, yəqin ki, təbiidir. Çünki idmanın inkişafına göstərilən diqqət, aparılan dövlət siyasəti, əlbəttə ki, ildən-ilə daha yaxşı nəticələrə gətirib çıxarır”.

    Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycanda idmanın inkişafı dövlət siyasətidir və dövlət xətti ilə bir çox proqramlar icra edilmişdir.

    “İdman infrastrukturu demək olar ki, sıfırdan qurulmuşdur və bu gün ən yüksək səviyyədədir. Bölgələrdə idmanla məşğul olmaq üçün bütün şərait var. Bu il iki Olimpiya İdman Kompleksinin tikintisi başa çatmışdır - Gəncədə və Yevlaxda. Beləliklə, bölgələrdə Olimpiya İdman komplekslərinin sayı 46-ya çatıb”, - dövlət başçısı vurğulayıb.

    ***

    11:37

    Dekabrın 26-da 2025-ci ilin idman yekunlarına həsr olunan mərasim keçirilib.

    Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.

    Dövlət başçısı tədbirdə çıxış edib.