XƏBƏRLƏR / İdman

"Qarabağ" son 25 ilin rekorduna imza atıb

Peşəkar Futbol Liqasının rəsmi saytı xəbər verir

"Qarabağ" son 25 ilin rekorduna imza atıb
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Azərbaycan Premyer Liqasının 2023-cü ildə keçirilən oyunlarında “Qarabağ” hamıdan çox – 88 qol vurub.

    Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı xəbər verir ki, bu toplardan 45-i cari mövsümün ilk, 43-ü isə ötən mövsümün ikinci yarısına təsadüf edib.

    Qurban Qurbanovun yetirmələri bununla da Azərbaycan çempionatlarında son 25 ilin rekorduna imza atıb.

    1998-ci ildən sonrakı dövr üçün əvvəlki rekord 87 qola bərabər idi. Buna 2022-ci ildə nail olan Ağdam klubu öz göstəricisini 2023-cü ildə yaxşılaşdırıb.

    Daha çox qola sonuncu dəfə 1998-ci ildə “Kəpəz” imza atıb. Qərblilər həmin vaxt 91 dəfə fərqlənib.

    “Qarabağ”ın ötən ilki məhsuldarlığı ölkə çempionatları tarixində ümumilikdə 4-cü nəticənin təkrarıdır. 1995-ci ildə “Kəpəz” eyni sayda fərqlənib.

    Qeyd edək ki, mütləq rekord 1992-ci ildə 104 qol vuran “Neftçi”yə məxsusdur.

    Bir təqvim ilində 75 və daha çox qol vuranlar:

    1. “Neftçi” – 104 (1992)

    2. “Xəzər” (Sumqayıt) – 100 (1992)

    3. “Kəpəz” – 91 (1998)

    4-5. “Kəpəz” – 88 (1995)

    “Qarabağ” – 88 (2023)

    6. “Qarabağ” – 87 (2022)

    7. “Neftçi” – 78 (1996)

    8. “Kəpəz” – 76 (1992)